"Cütün favoritini söyləmək mümkün deyil" - Qurban Qurbanov

22:24 19 Avqust 2015

UEFA Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində baş tutacaq "Yanq Boyz" - "Qarabağ"oyunu öncəsi mətbuat konfransı keçirilib. Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov media mənsublarının suallarını cavablandırıb:

 

"Hər iki komandanın qrup mərhələsinə vəsiqə qazanması üçün son şansdır, buna görə sabah maraqlı oyun olacaq. Meydanın süni ot örtüyünə sahib olması bizim oyunumuza mane olmayacaq, biz artıq buna alışmışıq. Cütün favoritini söyləmək mümkün deyil, şanslar bərabərdir."


Xəbər xətti