İsveçrə mətbuatı "Yanq Boyz"un start heyətini açıqladı

13:37 20 Avqust 2015

İsveçrə mətbuatı "Yanq Boyz"un Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində "Qarabağ"la evdə keçirəcəyi ilk oyun üçün start heyətini açıqlayıb. Sportarena.az xəbər verir ki, Bern təmsilçisinin komandamıza qarşı ilk dəqiqələrdən bu futbolçuların oynayacağını iddia edirlər:

 

İvan Mvoqo, Skott Satter, Milan Vilotiç, Stiv fon Bergen, Yan Leçyaks, Milan Qayiç, Miraləm Süleymani, Leonardo Bertone, Yuya Kubo, Rafael Nutsolo, Haris Tabakoviç.

 

Qeyd edək ki, "Yanq Boyz" - "Qarabağ" matçı bu gün Berndəki "Stad de Suisse"də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti