"Qarabağ"la oyunöncəsi "Yanq Boyz"da şok itkilər

14:21 20 Avqust 2015

Avropa Liqasının "pley-off" mərhələsinin ilk matçında təmsilçimiz "Qarabağ" bu gün səfərdə İsveçrə "Yanq Boys"unun qonağı olacaq.
 

Sportarena.az xəbər verir ki, rəqibin heyətində 6 itki var. Belə ki, müdafiəçi Loris Benito, yarımmüdafiəçilər Seferi və Sekou Sanago, hücumçu Aleksandr Gendtin bu matçı buraxacağı dəqiqdir. Komandanın ən sərrast futbolçusu Gilluame Oraonun son durumuna isə oyun saatına qədər aydınlıq gələcək.

 

Digər itki isə yarımmüdafiəçi Renato Steffendir ki, onun səhhətində problemlər var. Onun da bu matçda oynamaycağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti