"Qarabağ" - "Yanq Boyz" matçının hakimləri bəlli oldu

19:20 21 Avqust 2015

Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Qarabağ" - "Yanq Boyz" matçının hakimləri müəyyənləşib.

Sportarena.az xəbər verir ki, avqustun 27-də keçiriləcək oyunu litvalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi olacaq Gediminas Mazeykaya həmyerliləri Vytautas Simkus və Vytenis Kazlauskas kömək edəcək. Sergejus Silva isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Yanq Boyz" oyunu saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti