"Qəbələ"nin "Panatinaikos"la cavab oyunu slovakiyalılara tapşırıldı

10:45 22 Avqust 2015

Avropa Liqasının "pley-off" mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq "Panatinaikos" - "Qəbələ" matçına təyinatlar açıqlanıb. Sportarena.az xəbər verir ki, UEFA Afinadakı görüşü slovakiyalı hakimlər briqadasına həvalə edib.

 

Oyunun baş hakimi İvan Kruzliak olacaq. Ona Tomas Somolani və Tomas Mokos köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

 

Qeyd edək ki, "Panatinaikos" - "Qəbələ" oyunu avqustun 27-i Bakı vaxtı ilə saat 23:00-da (yerli vaxtla 20:00-da) başlayacaq. Bu komandalar arasında ilk görüş qolsuz bərabərliklə başa çatıb.


Xəbər xətti