Millimizdən ilk qələbə

15:40 22 Avqust 2015

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Estoniyanın Parnu şəhərində təşkil olunmuş Avro Liqanın Super Final mərhələsində Türkiyə yığması ilə qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, görüş komandamızın 7:6 hesablı qələbəsi ilə başa çatıb.

 

Sabir Allahquliyevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Ramil Əliyev, Amid Nəzərov, Orxan Məmmədov, Comərd Baxşəliyev və Asif Zeynalov fərqlənib.


Xəbər xətti