"Bakı" yoxlama oyununda qələbə qazandı

00:07 23 Avqust 2015

Yeni mövsümdən I divizionda çıxış edəcək “Bakı” hazırlıqlarını davam etdirir. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda bu gün növbəti yoxlama oyununu keçirib.

 

"Bakı" öz bazasında “Şahdağ”la üz-üzə gəlib. Qarşılaşma "Bakı"nın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçın taleyini həll edən yeganə qolu görüşün son dəqiqəsində Qurban Hüseynov vurub.

 

Yoxlama oyunu

22 avqust

"Bakı" - "Şahdağ" - 1:0
Qol:
Qurban Hüseynov, 90 (1:0)

 

"Bakı"nın start heyəti: Elxan Əhmədov, Rəvan Kərimov,Elşad Manafov, Tural Adığözəlov, Nicat Əsgərov,Qeyrət Əliyev, Müşviq İlyasov,Ülvi Quliyev, Salman Altuxanov, Kamil Nurəhmədov, Valeh Seyidov


Xəbər xətti