"Qarabağ"ın rəqibi uğursuz seriyaya son qoya biləcəkmi?

12:21 23 Avqust 2015

İsveçrə çempionatında altıncı turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" növbəti sınağına çıxacaq.

 

Bern təmsilçisi səfərdə "Sion"la üz-üzə gələcək. Son turda evdə "Luqano"ya uduzan "Yanq Boyz" uğursuz seriyaya son qoymaq niyyətindədi. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, "Yanq Boyz" 6 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


Xəbər xətti