"Onlara heç futbolçu deyə bilmirəm" - Aqil Məmmədov

21:12 23 Avqust 2015

“Neftçi”ni təbrik edirəm. Rəqibimiz layiqli qələbə qazandı".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının üçüncü turunda "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. O, komandasının çıxışından olduqca narazı qalıb:

 

"Ümumi götürsək, onlara heç futbolçu deyə bilmirəm. Yəqin ki, yaxın günlərdə iclas olacaq. Futbolçular barədə ölçü götürəcəyik. Oynamaq istəməyən adam burada qalmayacaq. İlk hissədə bəxtimiz gətirdi. Mübarizə apardığımızı deyə bilmərəm. Fasilədə danışıb dedim ki, futbol oynamaq lazımdır. Futbol oynamasan, nəticə qazanmaq mümkün deyil”.


Digər xəbərlər

Xəbər xətti