"Qarabağ" - "Yanq Boyz" oyununun biletləri nə vaxt satışa çıxarılacaq?

10:43 24 Avqust 2015

Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Qarabağ" - "Yanq Boyz" oyununun biletləri sabah satışa çıxarılacaq. Sportarena.az xəbər verir ki, bu barədə "Report"a Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib.

 

O bildirib ki, bütün biletlər satışda olacaq. Biletlərin qiyməti 1-15 manat arasında dəyişir. VİP biletlərin qiyməti isə 50 manat olacaq.

 

Biletlər Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satılacaq.


Digər xəbərlər

Xəbər xətti