Kamran Ağayevin komandası evdə sevindi

11:54 24 Avqust 2015

Karyerasını Türkiyədə davam etdirən millimizin qapıçısı Kamran Ağayev cari mövsümdə ilk qələbəsini qazanıb. Sportarena.az xəbər verir ki, təcrübəli qolkiperin formasını geydiyi "Karşıyaka" doğma azarkeşləri önündə "Şanlıurfaspor"la üz-üzə gəlib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu nəticə ilə Karşıyaka təmsilçisi 7-ci pilləyə yüksəlib.


Digər xəbərlər

Xəbər xətti