"Borussiya"nın futbolçusu yığmamızda

13:53 24 Avqust 2015

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da sentyabrın 4-də Avstriya, sentyabrın 8-də isə Almaniya yığması ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, bu oyunlara hazırlıq məqsədilə avqustun 26-dan sentyabrın 9-dək Bakıda təlim-məşq toplanışında olacaq Azərbaycan yığmasının heyəti açıqlanıb. Heyətdə aşağıda adları qeyd olunan futbolçular yer alıb:

 

Elşən Abdullayev - "Neftçi"
Fəhmin Muradbəyli - "Neftçi"
Elvin Bədəlov - "Neftçi"
Məqsəd İsayev - "Neftçi"
Şahrudin Maqomedaliyev - "Sumqayıt"
Cəmil Hacıyev - "Sumqayıt"
Tərlan Əhmədli - "Sumqayıt"
Orxan Əliyev - "Xəzər Lənkaran"
İlyas Səfərzadə - "Xəzər Lənkaran"
Azər Salahlı - "Qarabağ"
Vüqar Mustafayev - "Qarabağ"
Rəşad Əzizli - "Rəvan"
Nicat Muxtarov - "Rəvan"
Tellur Mütəllimov - "Zirə"
Adil Nağıyev - "Zirə"
Budaq Nəsirov - "Kəpəz"
Azad Kərimov - "Kəpəz"
Tural Hümbətov - AZAL
Elmin İsmayılov - "Şəmkir"
Rüstəm Rüstəmli - "Bakı"
Dmitri Nağıyev - "Dnepr" (Ukrayna)
Bilal Sezer - "Borussiya" Münhenqladbax (Almaniya)
Kerem Behnke - "TSG Neustrelitz" (Almaniya)
Taşkın İlter - "TSG Neustrelitz" (Almaniya)

 

Qeyd edək ki, Azər Salahlı və Vüqar Mustafayev toplanışa avqustun 28-də, Dmitri Nağıyev avqustun 30-da, Bilal Sezer, Kerem Behnke və Taşkın İlter isə avqustun 31-də qoşulacaq.


Xəbər xətti