Xorvatiya millisi Bakıya 24 futbolçu ilə gəlir

18:07 24 Avqust 2015

AŞ-2016-nın seçmə mərhələsində sentyabrın 3-də millimizin qonağı olacaq Xorvatiya yığmasının heyəti açıqlanıb. Sportarena.az xəbər verir ki, Niko Kovaç Bakıya 24 futbolçu gətirəcək. Həmin futbolçular bunlardır:

 

Qapıçılar: Daniyel Subaşiç ("Monako", Fransa), Lovre Kaliniç ("Hayduk"), İvan Varqiç ("Rijeka")

Müdafiəçilər: Dariyo Srna ("Şaxtyor", Ukrayna), Sime Vrsaljko ("Sassuolo, İtaliya), Marko Leskoviç ("Rijeka"), Vedran Corluka ("Lokomotiv", Rusiya), Domaqoy Vida ("Dinamo", Ukrayna), Deyan Lovren ("Liverpul", İngiltərə), Daniel Pranyiç ("Panatinaikos", Yunanıstan), Marin Leovaç (PAOK, Yunanıstan)

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", Madrid), Milan Badelj ("Fiorentina", İspaniya), Marselo Brozoviç ("İnter", İtaliya), Mateo Kovaçiç ("Real", Madrid), İvan Rakitiç ("Barselona", İspaniya), Miyo Caktas ("Hayduk")

Hücumçular: Nikola Kaliniç ("Fiorentina", İtaliya), Ante Rebiç ("Fiorentina"), Marko Pyaka ("Dinamo", Zaqreb), İvan Perisiç ("Volfsburq"), İvisa Oliç (HSV), Mario Mandzukiç ("Yuventus"), Andrey Kramarik ("Lester Siti", İngiltərə).

 

Qeyd edək ki, sentyabrın 3-də Bakıda millimizin qonağı olacaq Xorvatiya millisi 3 gün sonra səfərdə Norveçlə üz-üzə gələcək.


Xəbər xətti