Millimiz 12 futbolçu ilə başlayır

18:20 24 Avqust 2015

Bu gün futbol üzrə Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Xorvatiya və Malta ilə oyunlar üçün hazırlığa start verir. Sportarena.az xəbər verir ki, xorvatiyalı baş məşqçi Robert Prosineçki millimizin üzvlərinə saat 18:30-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda ilk məşqi keçəcək.

 

Millimiz ilk gündə cəmi 12 futbolçu ilə hazırlıq keçəcək. Bu gün Topaz Premyer Liqasının 3-cü turu çərçivsəsində üz-üzə gələcək "İnter"lə "Zirə"nin futbolçuları sabahdan yığmanın düşərgəsinə qoşulacaq.

 

Avropa Liqasında çıxış edən "Qarabağ"la "Qəbələ"də çıxış edən milli üzvləri pley-off mərhələsinin cavab oyunlarından sonra düşərgəyə qatılacaq. Digər ölkələrdə çıxış edən legionerlər isə avqustun 29-30-da Bakıya gələcəklər.


Xəbər xətti