"Qəbələ" "Panatinaikos" üçün başladı

10:30 25 Avqust 2015

“Qəbələ” Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la (Yunanıstan) cavab oyununun hazırlığına start verib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının III turunun “Kəpəz”lə avqustun 23-də baş tutan ev qarşılaşmasından (1:0) sonra hazırlıqlara fasilə verməyən “qırmızı-qaralar” ötən gün növbəti məşqinə çıxıb.

 

Qəbələ şəhər stadionunda baş tutan çalışmada bütün futbolçular iştirak edib. Roman Qriqorçukun komandası isinmə hərəkətləri ilə başladığı məşqi toplu çalışmalarla davam etdirib. Komandanın növbəti məşqi bu gün baş tutacaq. Gündə bir dəfə hazırlıq keçən “qırmızı-qaralar” axşam çalışması ilə kifayətlənəcək.


Xəbər xətti