"Qəbələ" Afinaya nə vaxt və necə gedəcək?

10:40 25 Avqust 2015

Avropa Liqasının "pley-off" mərhələsinin cavab oyununda "Panatinaikos"la qarşılaşacaq "Qəbələ"nin Yunanıstana gedəcəyi tarix müəyyənləşib. Sportarena.az xəbər verir ki, komandamız Afinaya avqustun 26-da yollanacaq. Yunanıstana Qəbələdən birbaşa reyslə yollanacaq təmsilçimiz avqustun 27-də baş tutacaq oyundan öncəki son məşqini Afinada keçirəcək.

 

Xatırladaq ki, “Qəbələ” səfər oyununa bir itki ilə çıxacaq. Əvvəlki qarşılaşmalarda 3 sarı vərəqə alan Rafael Santos cəzalı olduğundan komandaya kömək edə bilməyəcək.


Digər xəbərlər

Xəbər xətti