"Qəbələ"nin rəqibindən çətin qələbə

11:49 25 Avqust 2015

Avropa Liqasında "Qəbələ"nin rəqibi olan "Panatinaikos" Yunanıstan Superliqasında 2015/2016 mövsümündə ilk oyununu keçirib. Sportarena.az xəbər verir ki, Afina təmsilçisi səfərdə "Panetolikos" klubu ilə üz-üzə gəlib.

 

Paytaxt klubu bu oyunda çətin qələbə qazanıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "Panatinaikos" ikinci hissədə iki qol vurmaqla görüşdən qalib ayrılıb - 2:1.

 

Qeyd edək ki, "Panatinaikos" avqustun 27-də, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində evdə "Qəbələ"ni qəbul edəcək. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda qapılara qol vurulmayıb.


Digər xəbərlər

Xəbər xətti