"Qarabağ" "Yanq Boyz"la oyunun biletlərini satışa çıxardı və xəbərdarlıq etdi

12:38 25 Avqust 2015

Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Yanq Boyz" (İsveçrə) qarşılaşmasının biletləri bu gün satışa çıxarılıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, avqustun 27-si Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq oyunun biletləri stadionun kassalarında satılır.

 

Biletlərin qiymətləri nömrəli sektorlarda 1-15 azn arasında dəyişir.

 

Oyuna olan böyük maraq səbəbindən "işbaz"ların qeyri-leqal fəaliyyətinin qarşısını almaq üçün "Qarabağ" vətəndaşlardan biletləri (holoqramlı) sadəcə yeganə satış məntəqəsindən, Tofiq Bəhramov adına mərkəzi arenanın kassalarından almağı xahiş edib.


Digər xəbərlər

Xəbər xətti