"Qarabağ" - "Yanq Boyz": Bilet satışında son durum - FOTOLAR

15:14 25 Avqust 2015

UEFA Avropa Liqasının "play-off" mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Yanq Boys" qarşılaşmasının biletlərinin satışı bugündən başlanılıb. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, bilet satışının ilk günü olmasına baxmaraq, kassa önündə azarkeş növbələri yaranıb.

 

Sevincidir haldır ki, azarkeşlərin hər biri bilet satışından razıdır və hər kəs kassaya sıra ilə yaxınlaşaraq biletini alır. "Qarabağ" rəhbərliyi azarkeşlərin böyük marağını diqqətə alaraq onlara təşəkkür edir.

 

"Qarabağ" rəhbərliyi azarkeşlərin oyuna olan böyük marağını nəzərə alaraq kassada gücləndirilmiş iş rejiminə keçib. "Qarabağ"tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmiş və kassa ətrafına polis briqadaları yerləşdirilmişdir, eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir.

 

"Qarabağ" rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla "işbazz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsız.

 


Xəbər xətti