Qurban Qurbanovun mətbuat konfransının vaxtı bilindi

18:12 25 Avqust 2015

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"la İsveçrə "Yanq Boyz"u arasındakı cavab matçı öncəsi mətbuat konfransı təşkil olunacaq. Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov sabah saat 17:30-da jurnalistlərlə görüşəcək. 18:00-da isə komandasını son məşqə çıxaracaq.

 

Qeyd edək ki, "Qarabağ"la "Yanq Boyz" arasındakı cavab matçı avqustun 27-də keçiriləcək. Tərəflər arasındakı ilk oyun ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti