Balotelli üçün son şans: Yenidən "Milan"da

19:35 25 Avqust 2015

İtaliya millisinin üzvü Mario Balotelli sabiq klubuna qayıdıb. Sportarena.az xəbər verir ki, 25 yaşlı hücumçu yenidən "Milan"da çıxış edəcək. O, qarşıdakı 1 ildə icarə əsasında "rossonerilər"in formasını geyinəcək.

 

Bu gün tibbi müayinədən keçən Balotelli "Milan"la rəsmi müqavilə imzalayıb. İtalyan klubu bu keçidə görə "Liverpul"a təzminat ödəyəcək.

 

Yenidən "Milan"a qayıtması ilə bağlı təəsüratlarını bölüşən futbolçu klubun rəsmi saytına bunları deyib: "Milan"a qayıtdığım üçün çox xoşbəxtəm. Deməyə çox sözüm yoxdur. Danışmaq əvəzinə daha çox çalışmalıyam. "Milan" hər zaman qəlbimdə olub və bir gün yenidən bu kluba qayıdacağıma ümid edirdim".

 

Qeyd edək ki, 2013/2014 mövsümündə "Milan"da çıxış edən Balotelli keçirdiyi 43 oyunda 26 qol vurub.


Digər xəbərlər

Xəbər xətti