"Qarabağ" mərkəzi arenadan imtina etdi

10:29 26 Avqust 2015

Avropa Liqasının "pley-off" mərhələsində "Qarabağ" və "Yanq Boyz" klubları arasında keçiriləcək cavab matçı üçün mətbuat konfranslarının vaxtı məlum olub. Sportarena.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionun mətbuat zalında ilk olaraq “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq. O, media qarşısına saat 17:15-də çıxacaq.

 

"Yanq Boyz"un baş məşqçisi Harald Qamperlenin mətbuat konfransı isə saat 17:45-də başlayacaq. Rəqibin oyunqabağı son məşqi saat 18:15-də, "Qarabağ"ın son hazırlığı isə saat 19:15-də Suraxanı qəsəbəsindəki bazada baş tutacaq.

 

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Yanq Boyz" matçı saat 21:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti