"Olimpiadaya bacardığımız qədər çox lisenziya qazanmaq istəyirik"

13:53 26 Avqust 2015

"Komandanın hazırlıq prosesindən razıyam. Bildiyiniz kimi, dünya çempionatı Rio Olimpiadasına ilk lisenziya yarışıdır. Gələn il daha bir neçə lisenziya turniri olacaq. Amma məhz dünya çempionatında bacardığımız qədər çox lisenziya qazanmaq istəyirik. Belədə Olimpiya Oyunlarına daha rahat hazırlaşa bilərik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev deyib. Federasiyanın rəsmi saytına danışan Əliyev qarşıdakı dünya çempionatında daha çox sayda Olimpiya lisenziyası qazanmaq istədiklərini bildirib. O, güləşçilərimizə inandığını qeyd edib:

 

"Düşünürəm ki, Amerika Birləşmiş Ştatlarında çıxış etmək asan olmayacaq. Amma güləşçilərimizə inanırıq. Heyətimiz kifayət qədər təcrübəli idmançılardan ibarətdir. 90 faiz güləşçimiz dünya və Avropa çempionu, yarışların mükafatçılarıdır. Hər biri artıq xalçada öz sözünü deyib. Rövşən Bayramova gəlincə, indi o, optimal formadadır".

 

Əliyev adaptasiya probleminəgörə ABŞ-a avqustun 31-də yollanacaqlarını bildirib: “Əsas məqamlardan olan uyğunlaşma prosesini də nəzərə almışıq. Buna görə də ABŞ-a avqustun 31-də yola düşəcəyik. İlk olaraq, mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaqlar. Fikrimcə, adaptasiya ilə bağlı problem olmayacaq”.


Digər xəbərlər

Xəbər xətti