Hacı Əliyev: "Dünya çempionatına tam hazırıq"

15:10 26 Avqust 2015

"Göygöldə yüksək səviyyədə təlim-məşq toplanışı keçirmişik. Dünya çempionatına tam hazırıq". 

 

Sportarena.az xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə milli komandanın üzvü Hacı Əliyev deyib. Gələn ay ABŞ-da keçiriləcək dünya çempionatı haqda danışan idmançı fikirlərini federasiyanın rəsmi saytına açıqlayıb: 

 

"Orada bizi çətin rəqiblər gözləyir. Saat fərqi, iqlim bizə müəyyən problemlər yarada bilər. Ancaq federasiya rəhbərliyi hər bir incə məqamı da nəzərə alıb. Amerikaya 1 həftə tez yollanacağıq və bu vaxt ərzində uyğunlaşma prosesi keçəcəyik. Bir sözlə, bizim üçün hər cür şərait yaradılıb. Qalır, xalçada öz sözümüzü deməyimiz. Ötənilki dünya çempionluğu titulumu qorumaq üçün əlimdən gələni edəcəm".


Digər xəbərlər

Xəbər xətti