Daha 5 medal şansı

16:47 26 Avqust 2015

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Sportarena.az xəbər verir ki, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri yarışır. Ölkəmizi Fail İsgəndərov (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (50 kq), Elvin Mustafayev (54 kq), Məhəmmədəli Həsənov (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) təmsil edir.

İlk yarış günündə güləşçilərimiz 1 bürünc medal (Xancavad Məcidzadə (50 kq)) qazanıb.

 

İkinci yarış günündə 42, 46, 69, 76 və 85 kq çəkidə yunan-Roma güləşçiləri yarışır.

 

42 kq
1/8 final - Fail İsgəndərov - Poya Marz (İRİ) 0:8

 

46 kq
1/8 final - Mortada Nanaa (ALG) - Zaur Nuriyev

 

69 kq
1/16 final - Ülvi Qənizadə - Aleksandr Komarov (RUS) 2:5

 

76 kq
1/16 final - Damian Von Euv (SUİ) - Nəzərşah Fətullayev 0:6
1/8 final - Nəzərşah Fətullayev - Stefano Alfedo (MEX) 5*:5
1/4 final - Nəzərşah Fətullayev

 

85 kq
1/16 final - Marko Radoviç (SRB) - Uğur Hacılı 0:8
1/8 final - Uğur Hacılı - Mixail İosifidis (GRE) 2:6

 

Xatırladaq ki, 4-9 avqust tarixlərində Serbiyada keçirilən yeniyetmələrin Avropa çempionatında yunan-Roma güləşçilərimiz 1 qızıl (Camal Feyziyev (100kq)) və 2 bürünc (Zaur Nuriyev (46 kq) və Ülvi Qənizadə (69 kq)) medal qazanaraq komanda hesabında 4-cü sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti