"Qarabağ" - "Yanq Boyz": Nə qədər bilet satılıb?

18:20 26 Avqust 2015

Sabah UEFA Avropa Liqasının "pley off” mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ” – "Yanq Boys” oyununa bilet satışı davam edir.


Sportarena.az xəbər verir ki, ötən gün səhər saatlarında satışa çıxarılan biletlərin sayı 14 mini ötüb. Onu da əlavə edək ki, 1 və 2 AZN-ə olan biletlər bitib. Oyun saatına qədər bütün biletlərin satılacağı gözlənilir.


Qeyd edək ki, qarşılaşma sabah saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti