"Sabahkı oyundan sonra gülərüz olmağa çalışacam" - "Yanq Boyz"un baş məşqçisi

18:33 26 Avqust 2015

"İlk oyunda uduzmuşuq. Buna görə də bizim üçün çox çətin olacaq. Ancaq Bakıda “Qarabağ”a qalib gəlmək asan deyil. Bununla belə, başqa yolumuz yoxdur".

Sportarena.az "qol.az"a istinadən xəbər verir ki, bu sözləri “Yanq Boyz”un baş məşqçisi Harald Qamperle Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab matçı öncəsi keçirilən mətbuat konfransında deyib.

 

- Stadionun ot örtüyü pis vəziyyətdədir. Yəqin ki, bunu əvvəlcədən bilirdiniz. Bu gün orda məşq etməsəniz olmadı?

- Bizim başqa yolumuz yoxdur. Sabah bu meydançada oynayacağıq. Ona görə də məhz bu meydançada məşq etməliyik. Ot örtüyünün pis vəziyyətdə olmasına mən cavabdeh deyiləm.

 

- “Qarabağ” son dörd avrokubok oyununda Bakıda heç-heçə edib. Hansı ki, rəqiblər böyük klublar olub. Bu amil sizi narahat etmir ki?

- Bizim “Qarabağ” haqda geniş məlumatımız var. Qeyd etdiyiniz amil olmasa belə, bilirik ki, rəqibimiz kifayət qədər güclüdür.

 

- Üzünüzdəki cizgilərdən çox qəmgin görünürsünüz.

- Bunun elə də əhəmiyyəti yoxdur. Sabahkı oyundan sonra gülərüz olmağa çalışacam.

 

- Komandanızın bu mövsümkü nəticələri o qədər də qənaətbəxş deyil.

- Bunun müxtəlif səbəbləri var. Zədəlilərimiz də çox oldu. Buna baxmayaraq, qələbələrimiz də var.

 

- “Qarabağ”ın ermənilər tərəfindən işğal olunmuş Ağdam şəhərini təmsil etdiyini bilirsiniz?

- Bəli, bununla bağlı məlumatımız var. Bilirik ki, “Qarabağ” ev oyunlarını məcburiyyətdən öz doğma yurdundan uzaqda – Bakıda keçirir.

 

- Bundan əvvəlki mövsümlərdə “Qarabağ”la qarşılaşmış “Ayntraxt” və “Zalsburq” Reynaldoya rəsmi təklif göndərdi. Sizin də belə fikriniz var?

- Reynaldo çox yaxşı oyunçudur. Amma biz öz futbolçularımızdan razıyıq.


Digər xəbərlər

Xəbər xətti