"Qəbələ" ənənəvi olaraq avrokuboklarda çıxış etmir, amma..."

10:57 27 Avqust 2015

"Panatinaikos"un qapıçısı Stefanos Kotsolis Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyun haqda danışıb. Sportarena.az xəbər verir ki, Kotsolis "Qəbələ" ilə matçın çox önəmli olduğunu bildirib:

 

"Bu çox önəmli oyundur. Hansı ki, kimin qrup mərhələsində oynayacağını müəyyənləşdirəcək. Bütün görüşlərdə bizim işimiz mühakimə olunur. "Qəbələ" ənənəvi olaraq avrokuboklarda çıxış etmir. Lakin rəqibə hörmətlə yanaşmalıyıq. Bütün diqqətimizi mərhələ adlamağa yönəltmişik".

 

Qeyd edək ki, bu axşam keçiriləcək "Panatinaikos" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Xəbər xətti