"Qəbələ" Afinada tarix yazdı, imzanı Dodo atdı - YENİLƏNİB

00:53 28 Avqust 2015

Bu gün Avropa Liqasında "pley-off" mərhələsinin cavab oyunları keçirilib. Sportarena.az xəbər verir ki, turnirdəki təmsilçilərimizdən "Qəbələ" də cavab görüşünə çıxıb.

 

Təmsilçimiz səfərdə "Panatinaikos"la üz-üzə gəlib. Bakıdakı ilk oyunda hesab açılmadığından, Afinada "Qəbələ"ni istənilən qollu heç-heçə də qane edirdi. Elə sonda qeydə alınan 2:2 hesablı nəticə komandamızı Avroliqanın qrup mərhələsinə yüksəldib.

 

Avropa Liqası, "pley-off" mərhələsinin cavab oyunu

27 avqust

23:00. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) 2:2
Qollar:
Berq, 34, Nano, 78 - Dodo, 6, 60

İlk oyun – 0:0
Hakimlər:
İvan Krujilak, Tomas Somolani, Tomas Mokoş (hamısı Slovakiya)
Afina. Apostolos Nikolaidis stadionu


Digər xəbərlər

Xəbər xətti