Mərkəzi arena "Qarabağ" - "Yanq Boyz" oyununa "hazırdı" - FOTOLAR

14:12 27 Avqust 2015

Tofiq Bəhrəmov adına Respublika stadionunda Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Yanq Boyz" matçına hazırlıq işləri tamamlanıb. Sportarena.az xəbər verir ki, mərkəzi arenanın ot örtüyü oyuna hazır vəziyyətə gətirilib.

 

Lakin maraqlısı budur ki, qazonun bərbad vəziyyətdə olan yerləri yaşıl rənglə boyanıb.

 

Qeyd edək ki, Respublika stadionunda olduğu kimi, "Bakcell Arena"nın meydançası da FSM (Football and Sport Management) şirkətinə həvalə olunub. Bu şirkət ötən il bərbad vəziyyətdə olan 8-ci km qəsəbə stadionunun qazonunu da boyadığından millimizin Norveçlə oyununda (0:1) biabırçı mənzərə yaranmışdı. Həmin oyun zamanı meydanda yıxılan futbolçuların formaları yaşıl rəngə boyanıb. (futbolinfo.az)

 


Xəbər xətti