"Qarabağ"ı Bakıda məğlub etmək çətin olacaq" - Emeqara

14:34 27 Avqust 2015

"Yanq Boyz"un hardasa 30 faiz şansının olduğunu deyə bilərəm. "Qarabağ"ı onun meydanında məğlub etmək çox çətin olacaq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq hücumçusu İnnosent Emeqara deyib. Hazırda ABŞ-ın "San-Xose" klubunda çıxış edən forvard "Yanq Boyz"un işinin çətin olduğunu deyib:

 

"Ağdam klubunun heyətində çıxış edən futbolçular üç ildən çoxdur ki, bir yerdə çıxış edirlər. Oyunçuların birgə böyüdüklərini demək olar. Yüksək keyfiyyətli komandadır".

 

İsveçrə yığmasının sabiq forvardı Ağdam təmsilçisinin çalışdırıcısı Qurban Qurbanovla da bağlı danışıb: "Onu tanıyıram. Oyunçularına heç vaxt təzyiq göstərmir".

 

Emeqara "Yanq Boyz"un ilk oyunda "Qarabağ"a məğlubiyyətinin səbəbini də açıqlayıb: "Yanq Boyz" ilk matçda "Qarabağ"ı düzgün qiymətləndirməmişdi. Ona görə də məğlub oldu".


Digər xəbərlər

Xəbər xətti