Yunanlar Essyen və Petriçin adını start heyətinə salmadılar

15:29 27 Avqust 2015

Yunanıstan mətbuatı "Panatinaikos"un Avropa Liqasının "pley-off" mərhələsinin "Qəbələ" ilə cavab oyunu üçün start heyətini açıqlayıb. Sportarena.az xəbər verir ki, Yannis Anastasiunun güvənə biləcəyi potensial "11-liy"i müəyyənləşdirən həmkarlarımız komandanın aparıcı üzvləri Mladan Petriç və Maykl Essyenin adlarını siyahıya salmayıblar.

 

Luk Stil, Nano, Giorgos Kutrumbis, Statis Tavlaridis, Xristos Burbos, Tassos Laqos, Zeka, Daniyel Pranyiç, Satiris Ninis, Nikos Karelis, Markus Berq.

 

Qeyd edək ki, "Panatinaikos" - "Qəbələ" matçı bu gün "Apostolos Nikolaidis" stadionunda keçiriləcək. Matç Bakı vaxtilə saat 23:00-da başlayacaq. Tərəflər arasında Bakıda keçirilmiş ilk matçda hesab açılmayıb.


Digər xəbərlər

Xəbər xətti