"Bizi "Qarabağ"la çətin oyun gözləyir" - "Yanq Boyz" rəsmisi

16:05 27 Avqust 2015

İsveçrənin "Yanq Boyz" klubunun idman direktoru Fredi Bikel Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Sportarena.az xəbər verir ki, o, komandamızla oyunu özləri üçün sınaq adlandırıb:

 

"Bizi çətin oyun gözləyir. Bu qarşılaşmaya yaxşı hazırlaşmalıyıq. "Qarabağ"la matç bizim üçün əsl sınaqdır".

 

Qeyd edək ki, tərəflər arasındakı ilk oyun ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Xəbər xətti