"Xəzər Lənkəran"ın stadionu təmirə bağlandı - FOTOLAR

17:52 27 Avqust 2015

Premyer Liqada yaranan fasilə zamanı “Fırtınalar meydanı”nda təmir işlərinə başlanılıb. Sportarena.az "12cioyuncu.info"ya istinadən xəbər verir ki, stadionun əsas meydançasının bir o qədər də yaxşı vəziyyətdə olmayan ot örtüyünə xüsusi quluq edilir, yeni toxum səpilir. Bu işlərin yaxın bir həftəyə yekunlaşdırılması planlaşdırılıb. Bir ay ərzində isə meydançada yeni ot örtüyünün bitəcyi gözlənilir.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” sentyabrın sonuna qədər doğma meydanda oyun keçirməyəcək. Belə ki, Premyer Liqanın IV turunda “Qarabağ”ın ardınca da “Neftçi”nin qonağı olacaq komanda yalnız VI tur çərçivəsində sentyabrın 27-də doğma arenada “Zirə”ni qəbul edəcək. Beləliklə də bir aylıq zaman kəsiyi “Fırtınalar meydanı”nda ot örtüyünün bərpası üçün əlverişli şərait yaratmış olacaq.

 


Xəbər xətti