Cavid Hüseynovun işiylə bağlı aksiya: "Həkimlər cəzalandırılsın"

19:15 27 Avqust 2015

Bu gün 20-ə yaxın jurnalist Bakı Şəhər Prokurorluğunun önünə toplaşaraq jurnalist Rasim Əliyevin ölümündə işinə səhlənkar yanaşan həkimlərin cəzalanması ilə bağlı aksiya keçirib. Əllərində Rasim Əliyevin fotoları olan jurnalistlər "Rasimin Əliyevin ölümündə günahkar olan həkimlər cəzalandırılsın" şüarları səsləndiriblər.

 

Sportarena.az xəbər verir ki, jurnalistləri Bakı şəhər prokuroru Əziz Seyidov qəbul edib. Rasimin ölümündə işinə səhlənkar yanaşan həkimlərlə bağlı danışılıb. Tanya Kruçkina və Fərqanə Novruzova Rasimin yanında olan ən son şəxslər olsalar da, hələ də onlardan ifadələrinin alınmadığını bildiriblər. Jurnalistlər prokurora həkimlərin səhlənkarlığı ilə bağlı sübutları çatdırıblar. Prokuror bildirib ki, sabah saat 11:00-a jurnalistləri maraqlandıran sualların və ehtimalların yazıldığı müraciətin hazırlanmasını, o cümlədən şahid qismində dindirilmək istəyənlərin müraciət etməsini təklif edib.

 

Jurnalistlər sabaha qədər həmin sənədi hazırlayacaq və şahid qismində dindirilmək istəyənlər qeyd olunacaq. İstintaq zamanı da jurnalistlərin hazırladığı suallardan istifadə ediləcək.

 

Avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsində "Qəbələ"nin üzvü Cavid Hüseynovun özü kimi futbolçu olan bibisi oğlu Elşən İsmayılov və onun dostları tərəfindən döyülmüşdü. Rasim Əliyev avqustun 9-da xəstəxanada vəfat etmişdi. Jurnalistin ölümünə görə Cavid Hüseynov, Elşən İsmaylov və jurnalistin döyülməsində iştirak edən digər şəxslər həbs edilib. (Komanda.az)


Digər xəbərlər

Xəbər xətti