"Əfranı meydanda "şir" kimi görmәk məni sevindirdi" - Tahir Gözəl

01:30 28 Avqust 2015

"Qarabağ" gözәl oynadı. Möhtәşәm qәlәbәyә görә başda prezidentimiz olmaqla, hәr kәsi tәbrik edirәm. Çox sevinirәm".

 

Sportarena.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının "pley-off" mərhələsində "Yanq Boyz"a 3:0 hesabı ilə qalib gələrək qrup mərhələsinə vəsiqə qazandıqları oyundan sonra deyib. O, meydançanın ot örtüyü haqqında danışmaq istәmədiyini bildirib. Gözəl hazırda transferlә bağlı heç bir söhbәt olmadığını da vurğulayıb:

 

"Komanda yaxşıdır. Әfran İsmayılovu meydanda belә görmәk xoş idi. Onu "şir" kimi görmәk məni sevindirdi. Əfranın ürәyimdә yeri var".

 

"Qarabağ"ın vitse prezidenti qrup mərhələsinə yüksəldikləri üçün futbolçulara xüsusi mükafat verilib-verilməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Bizim standart mükafatlarımız var. Rövnəq Abdullayev də mükafat söz verib. Gedib mükafatı alacağıq (gülür)".


Xəbər xətti