Prosineçki Elvin Məmmədovu millidən azad etdi

17:03 28 Avqust 2015

“Qarabağ”ın futbolçusu Elvin Məmmədov millinin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində gələn ay Xorvatiya və Malta ilə keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək. Sportarena.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi atasının vəfatı ilə əlaqədar millinin düşərgəsini tərk edib.

 

Yığmanın baş məşqçisi Robert Prosineçki bunu nəzərə alaraq, Məmmədovu təlim-məşq toplanışından azad edib.

 

Qeyd edək ki, yığmamız Xorvatiya ilə sentyabrın 3-də, Malta ilə ayın 6-da qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti