"Qarabağ"ın müdafiəçisi milliyə çağırıldı

16:40 29 Avqust 2015

Avro-2016-nın seçmə mərhələsinin növbəti oyunları üçün Albaniya milli komandasının heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Ciovanni De Biazzi “Qarabağ”ın futbolçusu Ansi Aqollini də milliyə dəvət edib. Milli komandaya ümumilikdə 25 futbolçu dəvət olunub. Albaniya yığması Danimarka və portuqaliya komandaları ilə qarşılaşacaq.

 

Qeyd edək ki, 32 yaşlı müdafiəçi 2005-ci ildən yığmaya çıxış edir. Aqolli bu illər ərzində yığma komandada meydana çıxdığı 54 qarşılaşmada 2 dəfə rəqib qapısına yol tapıb.


Digər xəbərlər

Xəbər xətti