"Liverpul"un yarımmüdafiəçisi "Fənərbaxça"da!

16:54 29 Avqust 2015

Türkiyədə yay transfer dönəminin lideri olan "Fənərbaxça" heyətini daha bir futbolçu ilə gücləndirib. Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi "Liverpul"un 21 yaşlı yarımmüdafiəçisi Lazar Markoviçin keçidini həll edib.

 

"Sarı-lacivərdlilər" gənc futbolçunu icarəyə götürüb. Türk klubu nə qədər çalışsa da, ingilislər gələcəyinə ümid etdiyi Markoviçi satmayıblar.

 

Ulduz futbolçuun bu gün 19:00-da İstanbulda olacağı söylənilir.


Xəbər xətti