Yığmamız Xorvatiyaya qarşı

18:45 29 Avqust 2015

Sloveniyada hazırlıq keçən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Sportarena.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri yenidən Xorvatiya millisi ilə üz-üzə gələcək.

 

Avqustun 26-da rəqibindən üstün olan komandamız Ancelo Vercesinin çalışdırdığı yığma ilə ikinci matçını da Mariborda keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Millimiz bu görüşlə Sloveniyada təlim-məşq toplanışını başa vurub, sabah Vətənə dönəcək.


Xəbər xətti