“Titanların döyüşü”ndən Dadaş Dadaşbəyli qalib ayrıldı

18:02 30 Avqust 2015

“9-cu Zirvə Kuboku”nda səbrsizliklə gözlənilən qrupda yarışlar keçirildi.

Sportarena.az xəbər verir ki,Astara Olimpiya İdman Kompleksində qurulan dünya səviyyəli platformada həqiqətən yüksək səviyyəli atletlərin – əsl “titanların döyüşü”nə şahidlik edildi. Xüsusilə, Azərbaycan millisinin üzvlərinin uğurlu çıxışı bizləri sevindirdi.

Bürünc medal Firudin Quliyevə qismət oldu. “Goranboy-Zirvə” atleti, ümumilikdə 330 kq (140+190) çəkinin öhdəsindən gəldi və toplam 434.9 xalla üçüncü yeri tutdu. İkinci yerdə “Xırdalan-Zirvə”dən Valentin Xristov qərarlaşdı. O, toplam 315 kq (140+175) və 441.7 xal əldə edə bildi.

Çempion adını isə Dadaş Dadaşbəyli qazandı. “Qobustan-Zirvə” atleti gərgin mübarizədə qalib gəldi. O, birdən qaldırmada 185, təkanla qaldırmada isə 212 kq-ın öhdəsindən gəldi. Toplam 397 kq nəticə və 442.4 Sinkleyr xalı toplayan Dadaşbəyli zirvədəki yerini tutdu.


Digər xəbərlər

Xəbər xətti