Öncə Kovaç, sonra Prosineçki

15:29 31 Avqust 2015

Avro-2016-nın seçmə mərhələsində sentyabrın 3-də “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb. Sportarena.az xəbər verir ki, hər iki komandanın mtçdan bir gün əvvəl - sentyabrın 3-də oyunöncəsi məşqi keçiriləcək.

 

Jurnalistlər önünə ilk olaraq rəqib komandanın baş məşqçisi Niko Kovaç çıxacaq. Robert Prosineçkinin mətbuat konfransı isə bundan bir saat sonra - 20:30-da başlaycaq.

 

Xorvatiya milli komandası

2 sentyabr
Saat 19:30. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Azərbaycan milli komandası

2 sentyabr
Saat 20:30. Mətbuat konfransı
Saat 21:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Hər iki mətbuat konfransı və mətbuat üçün açıq məşq “Bakcell Arena”da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti