Millimizin sabiq üzvü yeni klubunda fərqləndi

17:40 31 Avqust 2015

Millimizin sabiq hücumçusu Rüfət Dadaşov yeni komandası olan "Germaniya Halberştadt"da ilk qoluna imza atıb.

 

Sportarena.az xəbər verir ki, Almaniyanın Şimal-Şərq Regional Liqasının 6-cı turu çərçivəsində doğma meydanda "Optik Ratenov"u qəbul edən klub 4:2 hesablı qələbə qazanıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb və 3-cü dəqiqədə hesabı açıb.

 

Qeyd edək ki, Dadaşovun komandası 4 xalla 16-cı pillədə yer alıb.


Xəbər xətti