Azərbaycan - Xorvatiya oyunu üçün Buket

18:01 31 Avqust 2015

"Avro-2016"nın seçmə mərhələsində sentyabrın 3-də keçiriləcək Azərbaycan - Xorvatiya matçının hakimləri müəyyənləşib. Sportarena.az xəbər verir ki, oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.

 

Rudi Buket matçın baş hakimi olacaq. Ona həmyerliləri Qiyom Debart və Kiril Qrinqor köməklik edəcək. Filip Jann isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Xorvatiya oyunu saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti