AFFA yeni sponsorla müqavilə imzaladı

15:37 1 Sentyabr 2015

Bu gün “Boulevard Hotel Bakı” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Boulevard Hotel Bakı” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. Sportarena.az xəbər verir ki, müqavilə AFFA-nın baş katibi Elxan Məmmədov və otelin baş meneceri Valentin Osolos tərəfindən imzalanıb.

 

Anlaşmaya uyğun olaraq, “Boulevard Hotel Bakı” Azərbaycan milli komandalarına və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15 Liqasına sponsorluq edəcək.

 

Tədbirdə çıxış edən Elxan Məmmədov bu sazişdən məmnun qaldıqlarını söyləyib: “Sevindirici haldı ki, Azərbaycan futboluna yeni bir ad daxil olur. “Boulevard Hotel Bakı” cəmi 3 aydı fəaliyyət göstərməsinə baxmayaraq, ilk addımlarını futbolla atır. Digər sevindirici amil isə odu ki, “Boulevard Hotel Bakı” təkcə Azərbaycan milli komandaları ilə yox, həm də U-15 Liqası ilə əməkdaşlıq edəcək. Bu da futbolumuza töhfə verəcək”.


Digər xəbərlər

Xəbər xətti