UEFA-dan azərbaycanlı hakimlərə növbəti təyinat

17:39 1 Sentyabr 2015

FİFA referisi Orxan Məmmədov və FİFA referi köməkçisi Yaşar Abbasov yeni beynəlxalq təyinat alıblar. Sportarena.az xəbər verir ki, hakimlərimiz 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 5-ci qurupunda keçiriləcək oyunlarda iştirak edəcəklər.

 

Avstriya, Serbiya, Litva və Lüksemburq komandalarının yer aldığı bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda keçiriləcək.


Xəbər xətti