Yığmamız Batumidən 6 medalla qayıdır

18:09 1 Sentyabr 2015

Batumidə keçirilən idman gimnastikası üzrə beynəlxalq turnir başa çatıb. Sportarena.az xəbər verir ki, yarışa qatılan qadın gimnastlardan ibarət Azərbaycan millisi 6 medal qazanıb.

 

Belə ki, Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşınadan ibarət komandamız yalnız Rusiya yığmasından geri qalaraq, fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Gürcüstan isə “üçlüyü” qapayıb.

 

Nekrasova şəxsi hesabına 4 bürünc medal yazmaqla da fərqlənib. O, çoxnövçülükdə, dayaqla tullanmada, müxtəlif hündürlüklü qollarda və sərbəst hərəkətlərdə 3-cü yeri tutub. Digər təmsilçimiz İnşına isə gimnastika tirində bürünc medal qazanıb.


Xəbər xətti