Boks yığmamız dünya birinciliyi üçün Rusiyaya getdi

13:56 2 Sentyabr 2015

Rusiyanın Sankt-Peterburq şəhərində sentyabrın 4-də boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə start veriləcək. Sportarena.az xəbər verir ki, səkkiz gün davam edəcək yarışda 400-dən çox idmançı mübarizə aparacaq.

 

Komandamız yarışda yalnız bir çəki dərəcəsində təmsil olunmayacaq. Digər 12 çəkidə Azərbaycan boksçuları da öz bacarıqlarını nümayiş etdirəcəklər.

 

Millimiz baş məşqçi Rasim Məmmədov, məşqçilər Elbrus Rzayev, Təvəkkül Məmmədov və Hüseyn Bağırovun rəhbərliyi altında artıq Rusiyaya yollanıb.

 

Heyətdə ötən il yeniyetmələr arasında qitə birinciliyinin qalibləri olmuş Bəxtiyar Qazıbəyovla Məhəmməd Abdullayev də yer alır. Avropa birinciliyinin gümüş mükafatçısı Cavid Hüseynov, bürünc medalçılar Orxan Həsənov və Şaiq Məlikov da əsas medal ümidlərimiz olacaqlar.

 

46 kq: Kənan Əliyev
48 kq: Cavid Hüseynov
50 kq: Seyidrza Sadıqov
52 kq: Hüseyn Sadıqov
54 kq: Orxan Həsənov
57 kq: Elton Məmmədov
60 kq: Bəxtiyar Qazıbəyov
63 kq: Sayad Lalayev
66 kq: Rəcəb Niftəliyev
70 kq: Şaiq Məlikov
75 kq: Elbrus Əkbərov
+80 kq: Məhəmməd Abdullayev

 

Qeyd edək ki, dünya birinciliyində ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edəcək.


Xəbər xətti