Reynaldo "Qarabağ"dan gedir?

00:06 3 Sentyabr 2015

"Qarabağ"ın hücumçusu Reynaldo Silvaya xarici klublardan təkliflər var.

 

Sportarena.az xəbər verir ki, bunu "qol.az"a açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O, braziliyalı futbolçuya gələn təklifləri dəyərləndirdiklərini bildirib:

 

"Reynaldonun basqa kluba satılması ilə bağlı ehtimallar var. Bir neçə real teklif almışıq. Biz bütün təklifləri dəyərləndirməyə çalışırıq. Lakin qarşıda Avroliqa oyunlarımız var. Reynaldo bu oyunlarda özünü daha yaxşı göstərib səviyyəli klublara gedə bilər. Biz təkcə Reynaldonun yox, digər futbolçuların da daha yaxşı klublara keçməsinə mane olmarıq".


Xəbər xətti