Çumbinyodan "Qarabağ"a şad xəbər

14:21 3 Sentyabr 2015

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov uzun müddətdir yaşıl meydanlardan uzaq qalan Çumbinyonun son durumu barədə məlumat verib.

 

Sportarena.az xəbər verr ki, o, qol.az-a açıqlamasında braziliyalı oyunçunun artıq məşqlərə başladığını deyib. Q.Qurbanov bir aya kimi Çumbinyonu bəzi oyunlarda görmək ehtimalı olduğunu vurğulayıb:

 

"Yavaş-yavaş formasını bərpa edəcək. Ola bilər ki, qrup mərhələsinin oyunlarında da onun xidmətlərindən istifadə etdik. Amma bu onun nə dərəcədə hazır olacağından aslıdır".

Qeyd edək ki, Cumbinyonun adı "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş ərizəsində yer alıb.


Digər xəbərlər

Xəbər xətti